Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovu qətlə yetirən 2007-ci il təvəllüdlü Fərid Şabanovun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, digər cinayət əməlləri də olan 19 yaşlı F.Şabanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Raul Rəhimovun ölümü ilə nəticələnən mübahisəni başladan elə Fəridin özü olub. O, qəsdən Raulun çiyninə toxunaraq qarşı tərəfi münaqişəyə çəkib. Məktəbin önündə baş verən mübahisə zamanı Fərid cibindən çıxardığı bıçaqla Raula ürəyindən vurub və həyatdan məhrum edib.
Qeyd edək ki, sözügedən hadisə 2024-cü ilin yanvarında baş vermişdi.


