Neymar İngiltərə yolunda

17:34 / 16.05.2023
566

Fransanın "PSJ" klubunun ulduz futbolçusu Neymar mövsüm sonunda komandadan ayrılmağa hazırlaşır.

HİT.az xəbər verir ki, braziliyalı futbolçu ilə bağlı yeni iddialar yayılıb.

Belə ki, onun İngiltərəyə getməyə hazırlaşdığı önə sürülüb. İspaniyanın "Sport" qəzetinin xəbərinə əsasən, Neymar mövsüm sonunda ya satılacaq, ya da icarəyə veriləcək. Bildirilib ki, onun ilk görüşəcəyi komanda "Mançester Siti" olacaq. İngiltərə təmsilçisi Bernardo Silvanın komandadan ayrılması halında Neymarı transfer edə bilər. Baş məşqçi Pep Quardiolanın da bu transferə müsbət yanaşdığı vurğulanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 29 matçda 18 qol atıb, 17 məhsuldar ötürmə edib.

Pərviz

0