Ərəb klubu Messiyə indi 500 milyon təklif etdi

İDMAN
15:57 / 18.05.2023
590

"Əl-Hilal" PSJ-nin hücumçusu Lionel Messini almaq cəhdlərindən əl çəkmir. 

Bu barədə La Liqa oyunlarının yayım hüququna sahib olan “Mediapro” şirkətinin rəhbəri Haume Rures məlumat verib.

Mətbuatda yayılan xəbərlərə görə, bu komandadan başqa, "Barselona"da argentinalını transfer etmək istəyir. İspaniyada kataloniyalıların hücumçuya illik 14 milyon avro maaşla müqavilə təklif etdiyini yazırlar.//Lent.az 

0