\"Qalatasaray\"dan transfer bombası - 35 milyon avro qiyməti var

20:54 / 23.05.2023
738

"Qalatasaray"da transfer çalışmaları sürətlə davam edir.

HİTaz "Bianconeranews"a istinadən xəbər verir ki, İstanbul klunu "Yuventus"da çıxış edən Deyan Kulusevskiyə elçi düşüb.

UEFA Çempionlar Liqası üçün ciddi planlar quran "sarı-qırmızılılar"ın 23 yaşlı futbolçunu icarəyə götürmək istədiyi bildirilir. Premyer Liqa komandalarından olan "Tottenhem"də icarə əsasında çıxış edən isveçli futbolçunun "Yuventus"a qayıtmayacağı qeyd edilib. Deyan Kulusevskinin "Qalatasaray"a transfer olunma ehtimalının yüksək olduğu vurğulanıb.

İsveçli futbolçu bu mövsüm 36 rəsmi matçda "Tottenhem"in formasını geyinib. 23 yaşlı cinah yarımmüdafiəçisi 2 dəfə rəqib qapılarına yol tapıb və 8 məhsuldar ötürmə edib.

"Tottenhem"in icarə haqqı olaraq 10 milyon avro ödədiyi isveçli futbolçunun müqaviləsində 35 milyon avroluq sərbəst qalma maddəsi var. Bu məbləği ödəyən klub onu heyətinə qata bilər. 

Samir

0