İkardinin "Qalatasaray"la bağlı qərarı BƏLLİ OLDU

İDMAN
11:36 / 24.05.2023
695

Türkiyənin "Qalatasaray" futbol klubunun ulduzu Mauro İkardinin gələcəyi ilə bağlı qərarı bəlli olub.

HİT.az xəbər verir ki, azarkeşlərin çox sevdiyi, adına mahnılar qoşduğu aegentinalı futbolçu İstanbul klubunda qalmaq üzrədir.

Belə ki, artıq "sarı-qırmızılılar" həm İkardi, həm də Fransanın "PSJ" klubu ilə transferdə ilkin razılıq əldə ediblər. Razılaşmaya əsasən, 30 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. 

İkardi "Qalatasaray"da ilinə 5 milyon avro maaş alacaq. "Cimbom"un bu transfer üçün Paris təmsilçisinə 7 milyon avro ödəyəcəyi gözlənilir.

Pərviz

0