Tərlan Əhmədov daha bir il “Kəpəz”də

İDMAN
14:51 / 27.05.2023
536

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun mövsüm başa çatan kimi “Kəpəz”i tərk edə biləcəyi barədə xəbər vermişdik. Belə ki, təcrübəli mütəxəssis rəhbərlik qarşısında bəzi şərtlər irəli sürsə də, klub rəsmiləri bununla razılaşmamışdılar.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, tərəflər kompromisə gəliblər. Tərlan Əhmədovun Gəncədə qalıb daha bir mövsüm işləməsi məsləhət bilinib.

Yəni növbəti mövsümdə də baş məşqçi komandaya rəhbərlik edəcək.

Bununla bağlı rəsmi müqavilə yaxın günlərdə imzalanacaq və ictimaiyyətə açıqlanacaq. Qeydə edək ki, “Kəpəz”ə mövsümün sonunda Yaşar Vahabzadənin yerinə təyin olunan Tərlan Əhmədov çətin vəziyyətdə qalmasına baxmayaraq, komandanı Premyer Liqada saxlamağı bacarmışdı.

0