"Qalatasaray" çempion oldu, futbolçuları tarixə keçdi

İDMAN
15:25 / 31.05.2023
451

Türkiyə Super Liqasında "Qalatasaray"ın çempion olması bir çox futbolçu üçün əlamətdar olub.

HİT.az xəbər verir ki, İstanbul klubunun 20 futbolçusu karyerasında ilk dəfə liqa çempionluğu sevinci yaşayıb.

Bu uğura ilk dəfə nail olan futbolçular isə aşağıdakılardır: Okan Kocuk, Viktor Nelson, Abdülkerim Bardakcı, Kaan Ayhan, Matias Ros, Emin Bayram, Sam Adekuqbe, Kazımcan Karataş, Saşa Boey, Leo Dubois, Berkan Kutlu, Nikolo Zaniolo, Xuan Mata, Kerem Aktürkoğlu, Barış Alper Yılmaz, Milot Raşitsa, Yusuf Demir, Dries Mertens, Hamza Yiğit Akman, Özgür Baran Aksaka.

"Sarı-qırmızılar"ın kapitanı və qapıçısı Fernando Muslera isə Türkiyədəki 15-ci kubokunu qazanıb. O, bununla "Qalatasaray"ın ən çox kubok qazanan xarici futbolçusu olaraq tarixə keçib.

Qeyd edək ki, "Qalatasaray" 23-cü dəfə Türkiyə Super Liqasında çempion olub. Bu siyahıda da rekord "Cimbom"a məxsusdur. Onun ən yaxın izləyicisi "Fənərbağça"nın isə 19 çempionluğu var.

Pərviz

0