Lionel Messinin yeni klubu müəyyənləşdi

İDMAN
11:14 / 07.06.2023
635

Argentina millisinin hücumçusu Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubu ilə müqavilə imzalayacaq. 

HİT.az xəbər verir ki, bu barədə “Radio Continental” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Messi artıq heç kimlə danışıqlara getməyəcək və Amerika klubunun futbolçusu olacaq.

Daha əvvəl mətbuatda "İnter Mayami"nin Messiyə 200 milyon dollarlıq müqavilə təklif etdiyi barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, daha əvvəl PSJ Messinin müqavilə müddəti başa çatması səbəbindən mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. 2021-ci ilin yayında PSJ-yə qoşulan Messiyə sabiq klubu "Barselona" və ya Səudiyyə Ərəbistanı təmsilçilərindən təklif olduğu bildirilirdi.

Samir

0