Ali Koç: \"Dünya ulduzlarını gətirəcəm\"

13:52 / 08.06.2023
601

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koçun qərarı bəlli olub.

HİT.az "Sözcü"-yə istinadən xəbər verir ki, o, istefa çağırışlarına rəğmən "yola davam" qərarı verib.

Ali Koçun istefasını tələb edənlərə "Qarşıma namizəd çıxsın, fövqəladə seçkiyə gedək" deyə qarşılıq verdiyi bildirilir. Lakin heç bir namizəd ortaya çıxmadığı üçün onun vəzifəsinə davam edəcəyi vurğulanır. Onun həmçinin, yeni mövsümdə komandaya çox sayda dünya ulduzu transfer edəcəyi də gələn xəbərlər arasındadır. Baş məşqçi ilə bağlı məsələyə hələ tam qərar verməyən Koçun yeni mövsümdə çempionluq üçün çox güclü heyət quracağı deyilir. 

Hazırda bir çox futbolçu ilə görüşmələrini davam etdirən İstanbul klubunun transferlerini tezliklə açıqlamağa başlayacağı gözlənilir. 

Pərviz

0