Tarixin ən bahalı transferləri - SİYAHI

İDMAN
17:02 / 14.06.2023
928

Hər transfer pəncərəsində səs-küyə səbəb olan keçidlər yaşanır.

Xüsusilə son illərdə astronomik qiymətlərlə reallaşan transferlərin şahidi olmuşuq. Artıq super ulduz sayılan futbolçuların keçidləri üçün milyonların ödənilməsi adi bir hala çevrilib. Hər zaman olduğu kimi hücumçular ən baha qiymətə transfer olunan futbolçulardır. Çünki qələbələri və çempionluqları gətirən qollardır. Futbolun da bəzəyi və azarkşelərin ən çox görmək istədiyi məhz qoldur. Belə olan halda, hücumçuların da dəyəri durmadan artır. Son illərdə tarixə keçən çox sayda transfer reallaşıb.

HİT.az sizlər üçün tarixin ən bahalı 10 transferini təqdim edir.

1. Neymar
2017/2018 mövsümündə tarixin ən bahalı transferi reallaşdı. Belə ki, Fransanın "PSJ" klubu braziliyalı futbolçu Neymar üçün İspaniyanın "Barselona" klubuna tam 222 milyon avro pul ödədi.

2. Kilian Mbappe
Siyahının ikinci sırasında yenidən Paris təmsilçisi var. PSJ 2018/2019 mövsümündə isə Fransanın "Monako" komandasından 180 milyon avroya Mbappeni transfer edərək daha bir səs-küylü keçidə imza atdı.

3. Filippe Koutinyo
2017/2018 mövsümündə "Barselona" İngiltərənin "Liverpul" komandasına braziliyalı hücumçu Koutinyo üçün 135 milyon avro ödədi. 

4. Usman Dembele
Siyahını "Barselona" ilə davam etdirik. Katalon klubu 2017/2018 mövsümündə Almaniyanın "Borussiya Dortmund" klubuna da Dembele üçün 135 milyon avro ödədi.

5. Joau Feliks
İspaniyanın "Atletiko Madrid" klubu 2019/2020 mövsümündə Portuqaliyanın "Benfika" komandasından Feliksi 127,20 milyon avroya transfer etdi.

6. Enzo Fernandes
İngiltərənin "Çelsi" klubu da "Benfika"dan bahalı transfer edib. Belə ki, London təmsilçisi 2022/2023 mövsümündə Enzo Fernandes üçün 121 milyon avronu gözdən çıxarıb.

7. Antuan Qrizman
Siyahı da yenə "Barselona" var. 2019/2020 mövsümündə Katalonlar "Atletiko Madrid"ə Qrizmana görə 120 milyon avro ödəyib.

8. Cek Qriliş
2021/2022 mövsümündə İngiltərənin "Mançester Siti" komandası həmin ölkənin "Aston Villa" komandasının hücumçusu Qrilişi 117,50 milyon avroya transfer edib.

9. Kriştiano Ronaldo
2018/2019 mövsümündə futbol tarixinin ən sensasiyalı transferlərindən biri reallaşdı. Dünya ulduzu Kriştiano Ronaldo İspaniyanın "Real Madrid" klubundan ayrılaraq İtaliyanın "Yuventus" klubuna imza atdı. "Yuventus" bu transfer üçün 117 milyon avro ödədi.

10. Eden Hazard
2019/2020 mövsümündə isə "Real Madrid" "Çelsi"dən Eden Hazardı transfer etdi. Madrid təmsilçisinin kassasından bu transfer üçün 115 milyon avro pul çıxdı.

Pərviz

0