İDMAN
12:40 / 26.09.2023
462

Yılmaz Vural: "Montellanın Türkiyənin baş məşqçisi olmasına görə utanıram"

İtaliyalı mütəxəssis Vinçenzo Montellanın Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi təyin olunması ilə bağlı müzakirələr səngimir.

HİT.az xəbər verir ki, təcrübəli baş məşqçi Yılmaz Vural da bu qərara etiraz edib.

O, "Sözcü"yə açıqlamasında Montellanın Türkiyənin baş məşqçisi təyin olunmasına görə utandığını deyib:

"Türkiyədə mindən artıq baş məşqçi var. Amma onlardan bir nəfər belə milli komandanı çalışdıracaq məşqçi seçə bilmirsiniz. Onda Türkiyə Futbol Federasiyasından (TFF) soruşmaq lazımdır ki, nə üçün yerli mütəxəssis yetişdirə bilmir? Türk baş məşqçi olaraq utanıram".

Yılmaz Vural dünyanın ən mühüm akademiyalarını bitirməyinə rəğmən, ona şans verilməməsini tənqid edib. Onun bu sözləri sosial şəbəkələrdə geniş şəkildə əks-səda doğurub.

Pərviz

0