"Qarabağ" məğlub oldu, "Neftçi"dən qələbə

İDMAN
22:00 / 06.11.2026
131

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

Hit.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Turun mərkəzi matçlarından biri "Azersun Arena"da olub. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Turan Tovuz" xallarının sayını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 1 oyun az keçirən "Qarabağ" isə 19 xalla 4-cüdür.

Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edib. Qarşılaşmada paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

 

6 noyabr (cümə)

20:00.“Neftçi” – “Kəpəz” - 1:0 

Qol: Alen Şkribek, 67 

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov

VAR: Əli Əliyev 

AVAR: Zöhrab Abbasov

“Palms Sports Arena”

 

18:00.“Qarabağ” – “Turan Tovuz” - 0:1 

Qol: Roderik Miller, 80 (0:1)

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli

VAR: Tural Qurbanov 

AVAR: Tərlan Talıbzadə

“Azersun Arena"

0