Bu gün 19 günlük fasilə bitir – “Neftçi” “Sabah”a qarşı

İDMAN
10:57 / 09.10.2026
73

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranmış 19 günlük fasilə bu gün başa çatır.

Hit.az xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunur.

Bu gün iki qarşılaşma keçiriləcək. “Araz-Naxçıvan” ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxacaq. Onlar “Kəpəz”i qəbul edəcəklər.

Günün ikinci matçında isə mərkəzi oyun keçiriləcək. Turnir cədvəlinin liderləri “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.

9 oktyabr (cümə)

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov Rəvan Həmzəzadə (VAR, 
Şirmamed Mamedov (AVAR)
Şamaxı şəhər stadionu

19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev, Kamal Umudlu (VAR), Teymur Teymurov (AVAR)
“Palms Sports Arena”

0