UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununun hakimləri bəlli olub

İDMAN
13:17 / 23.11.2026
27

Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.

Hit.az xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nikolas Uolş idarə edəcək. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin əyləşəcəklər.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.hakimləri bəlli olub

0