"Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib"

SİYASƏT
11:34 / 21.11.2026
43

Vyetnamın milli dəyərləri uğrunda müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə deyib.

Dövlət başçısı bildirib:

"Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.

Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir".

0