"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə

İDMAN
18:55 / 22.11.2026
58

Bu gün keçirilən iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.

Hit.az xəbər verir ki, günün ilk matçı Şamaxıda oynanılıb. Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarını 27-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib.

Gəncədə isə “Kəpəz” “Qarabağ”la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanıb. Qarşılaşma üçün satışa çıxan bütün biletlər iki gün əvvəldən satılıb. 

 

22 noyabr (bazar)

17:00. “Kəpəz” - “Qarabağ” - 0:0

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)

Gəncə şəhər stadionu

 

14:30. “Araz-Naxçıvan” - “Neftçi” - 1:3 

Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)

Şamaxı şəhər stadionu

 

Turun digər nəticələri

“Sumqayıt” - “Sabah” - 1:5 

“İmişli” - “Zirə” - 2:2

“Şəfa” - “Qəbələ” - 0:2

“Şamaxı” - “Turan Tovuz” - 0:2 

0