Türkiyəli məşhur müğənni Ebru Gündeş beşinci dəfə ailə qurması xəbəri yayılıb.
HİT.az xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. 2025-ci ilin əvvəlində dördüncü evliliyini sonlandıran sənətçinin qısa müddət sonra yeni eşqə başladığı bildirilib.
Bu haqda "Gel Konuşalım" proqramında aparıcı Ece Erken deyib.
Jurnalist Mehmet Üstündağ isə xəbərlərin doğru olmadığını, iddia edib.
Qeyd edək ki, Ebrunun Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabdan Alara adlı bir qız övladı var.


