Vəzifəli şəxsin kürəkəni atalıq iddiası ilə bağlı arvadını məhkəməyə verdi

ÖLKƏ
19:14 / 01.09.2020
1355

Azərbaycanda vəzifəli şəxsin kürəkəni arvadını məhkəməyə verərək uşağın atası olmadığını bildirib.

HİT.Az-ın verdiyi xəbərə görə, Hüseyn Ağayev adlı şəxs Binəqədi rayon Məhkəməsinə müraciət edərək arvadı K. S-ya qarşı atalığın müəyyən edilməsi ilə bağlı iddia qaldırıb.
O qeyd edib ki, 2017-ci il tarixdə K. S. ilə rəsmi nikaha daxil olublar: "2018-ci ilin sentyabr ayında K. atasının onkoloji xəstə olduğunu deyib onu atasını görməyə aparmağımı istədi. Biz onlara gedəndə qayınatam R.S. işdə idi. Mən K.-ü ora qoyub rayona getdim. Axşam K. mənə zəng edib atası ilə şəhərə çıxmaq istədiyini dedi, mən onun hamiləliyinin riskli olduğunu bildiyim üçün şəhərə çıxmağına razılıq vermədim. Amma həmin gün gecə saat 23:00-da qayınatamın vəziyyətini soruşmaq üçün zəng etdim, K. dedi şəhərə gəzməyə çıxıblar. Ondan sonra 3 gün evə gəlmədi. Sonra anam K.-nınanasına zəng edib onun niyə evə gəlmədiyini soruşdu. Kşının anası məndən bezdiklərini, qayınatamın çox əsəbləşdiyini və mənim onlardan üzr istəməyimi tələb etdiklərini dedi. İki saat sonra K. evə gəldi və gecə saat 4-ə kimi çıxıb getmək üçün sənədlərini tələb etdi. Mən ona hər şeyi düzəldəcəyimi desəm də, K. qəti olaraq getmək istədiyini dedi. Mən qayınatamla danışmaq üçün onun iş yerinə getdim, ardımca da K. öz sürücüsünü çağırıb evdən getmişdi.

K. hamiləlik dövründə Leyla Şıxlinskaya klinikasında müayinə və müalicə olunub. Onun ailəsi əvvəlcə hamiləliyi məndən gizlətmişdi, biz həkimə gedəndə bunu öyrəndik. Orada həkim uşağın dünyaya gəlmə vaxtını təqribi deyəndə K. dirənərək USM aparatının səhv göstərdiyini bildirdi, israrla uşağın dekabrın 17-də olacağını deyirdi. K. bizdən gedəndən 1 həftə sonra anası gedib Leyla Şıxlinskaya klinikasından ona aid bütün sənədləri götürüb, gizli olaraq başqa həkim tapıblar və bu barədə mənə heç bir məlumat verməyiblər. Uşaq noyabrın 23-də doğulub, bunu da mənə deməyiblər. Xəstəxana iş yerimə arayış göndərəndə bilmişəm. Sənəddə göstərilib ki, uşaq tam ayında doğulub. Əgər uşaq tam həftəsində doğulubsa, niyə dekabrın 17-si yox, noyabr ayının 23-ü doğulub? 103 saylı arayışda K.-nın qan qrupu +1 olduğu göstərilib, lakin onun qan qrupu +2-dir. Bütün bu olanlardan sonra mənim bu ailəyə qarşı heç bir inamım yoxdur və K.-nındünyaya gətirdiyi uşağın mənim olmasına şübhələrim var. Şübhəm var ki, mənim uşağım diri doğulmayıb”.

K.S. da məhkəməyə müraciət edərək Hüseyn Ağayevə qarşı qarşılıqlı iddia qaldırıb. O bildirib ki, keçmiş ərinin iddia tələbində qeyd etdikləri həqiqətə uyğun deyil: "Həqiqətdə mən gəlin köçdüyüm evdən hamilə vəziyyətində qovulmuşam və evdən əynimdə olan paltarla çıxmışam. Hüseynin yazdıqlarından belə başa düşülür ki, mən həkimlə və ya xəstəxana ilə cinayət əlaqəsinə girib başqa uşağı öz adıma yazdırmışam. Hüseyn məni bilərəkdən cinayətdə təqsirləndirir.

Ümumiyyətlə, mənə qarşı əsassız, böhtan xarakterli iddianı verməklə, uşağın onun olmamasını göstərməklə mənim şərəf və ləyaqətimi alçaldıb. Hətta iddia ərizəsində atamı vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirərək yazıb ki, atam vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xəstəxanaya tapşırıq verdirib ki, mən və mənim ailəm xəstəxanaya buraxılmasın və uşaq barəsində də heç bir məlumat verilməsin. Biz ilk iddia ərizəsini alıb oxuduqdan sonra mən və ailəm böyük sarsıntı keçirmişik. Hüseynin mənə qarşı böhtan xarakterli iddia ərizəsi nəticəsində cox əsəbiləşmişəm, əsəbdən südüm kəsilib və qızıma artıq süd verə bilmirəm.
Hüseyn yazdıqları ilə mənim əxlaqına ləkə atıb. Mən ailəmin - atam, anam, qardaşım və qohumlarımın qarşısında təhqir olunmuşam. Milli dəyərlərlə böyüyən bir şəxs kimi mənim üçün Hüseynin yazdıqları və yaydıqları böyük bir təhqirdir”.

K.S. ona böhtan atılmasına görə H.Ağayevdən 100 min manat tutulmasını tələb edib və həmin pulu xeyriyyə fondlarından birinə ödəyəcəyini bildirib.
Bundan sonra Hüseyn Ağayev məhkəməyə müraciət edərək iddiasından imtina etdiyini, işə xitam verilməsini istəyib. Lakin məhkəmə onun ərizəsini qəbul etməyib və işə mahiyyəti üxrə baxıb.

Onun vəkili məhkəmədə iştirak edərək bildirib ki, Hüseyn Ağayevdə əvvəllər belə şübhələr olsa da, ekspert rəyindən sonra artıq onda şübhə qalmayıb. Atalığın müəyyən edilməsi üçün keçirilən testin nəticəsində qeyd edilib ki, "genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanıb. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir”.

Məhkəmə hər iki şəxsin iddiasını rədd edib və onların tələbləri yerinə yetirilməyib.
Qeyd edək ki, sözügedən vəzifəli şəxs dövlət komitələrindən birində sədr müavini kimi çalışır.
 

0
Qafqazinfo.az