2020-ci ilin ən zəngin aktyorları kimdir? — FOTOLAR

ÖLKƏ
22:27 / 05.09.2020
1148

“Forbes” dərgisi 2020-ci ilin ən yüksək məvacib alan kişi aktyorlarının reytinqini dərc edib.

"Ölkə.Az" xəbər verir ki, reytinqin birinci pilləsində qərarlaşan Duen Conson bir ildə 87,5 milyon dollar qazanıb. Aktyor ikinci ildir ki, reytinqə başçılıq edir.

Kanadalı aktyor Rayan Reynolds ilə 71,5 milyon dollar qazanaraq adını ikinci pilləyə yazdıra bilib. “Deadpool”un ulduzu bir ildə sərvətini bir neçə milyon məbləğində artırıb.

İllik qazancı 58 milyon dollar olan aktyor Mark Volberg siyahının 3-cü pilləsinin sahibi olub.

Aktyor Ben Afflek isə 55 milyon dollarla dördüncü yerdə qərarlaşıb.

“Forsaj”ın ulduzu aktyor Vin Diesel isə 54 milyon dollar qazancla reytinqdə 5-ci sırada yer alıb.

Ölkə.Az

1