Samirə Mustafayevanın yeni görünüşü izləyiciləri heyrətə saldı - FOTO

ÖLKƏ
10:42 / 11.09.2020
2360

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır.

HİT.Az xəbər verir ki, AzTV-nin “Xəbərlər” proqramını Samirə Mustafayeva təqdim edəcək. Teleaparıcı sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək. 

Aparıcının yenidən televiziyaya qayıtması tamaşaçıları sevindirsə də, yeni görünüşü onları məyus edib. Belə ki, izləyicilər Samirə Mustafayevanın tanınmaz hala düşdüyünü və əvvəl daha gözəl olduğunu qeyd ediblər. 

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.

0