Gəncəyə atılan raketlər havada zərərsizləşdirildi

ÖLKƏ
21:35 / 05.10.2020
1550

Ermənistan Gəncə şəhərini raket atəşinə tutmaqda davam edir.

Belə ki, dünən və bu gün günorta saatlarında atılan çoxsaylı raket atəşləri nəticəsində Gəncə şəhərində ciddi dağıntılar, mülki əhali arasında ölən və yaralananlar var.

Musavat.com-un əldə etdiyi məlumata görə, bu gün axşam saatlarında da Gəncə şəhəri yenidən raket atəşinə məruz qalıb.

İlkin məlumata görə bu dəfə şəhərə 4 raket atılıb.

Yerli mənbələr bildirirdi ki, onlardan yalnız biri şəhərin "İmamzadə" adlanan pirinin ərazisinə düşüb. Lakin sonradan bəlli olub ki, bütün raketlər hava hücumundan müdafiə sistemi tərəfindən havadaca zərərsizləşdirilib.

0