Fon der Lyayen İlham Əliyevə: "Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz"

SİYASƏT
20:10 / 01.07.2026
132

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

Hit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.

O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib:

"Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz regionda sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, reallıqda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq".

0