Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi - FOTO

ÖLKƏ
10:57 / 03.07.2026
102
Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.
 
HİT.az manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Nazirliyin Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
 
Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.
 
Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
 
 
Əşrəf Qasımov
 
 
Fərhad Səmədov
 
0