Akarla Çavuşoğlunun Prezidentlə görüşündən - FOTO

10:13 / 09.11.2020
1834

Türkiyə Milli Müdafiə Nazirliyi Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün Azərbaycana işgüzar səfəri barədə məlumat paylaşıb.

HİT.Az-ın məlumatına görə, qurumun Twitter hesabında nazirlərin Bakı səfərindən fotolar yerləşdirilib. Qeyd olunub ki, Türkiyə rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.

“Hər iki nazir görüşdə Dövlət Bayrağı Günü və işğal altındakı Şuşa şəhərinin azad edilməsi münasibətilə cənab Əliyevi təbrik etdi”, - deyə məlumatda vurğulanıb.

0
qafqazinfo.az