Bəzi doğum tarixləri numerologiyada güclü intuisiya, analitik qabiliyyət və qeyri-standart düşüncə ilə əlaqələndirilir. İddialara görə, həmin günlərdə dünyaya gələn insanlar başqalarının diqqətindən yayınan detalları daha asan sezə bilirlər.
HİT.az xəbər verir ki, bu barədə “Parade” yazıb.
Numeroloji yanaşmaya əsasən, ayın 2, 11, 20 və 29-da doğulanlar intuitiv düşüncə və emosional zəka ilə seçilirlər. Onların insanların hisslərini anlamaq, söhbətlərin gizli məqamlarını sezmek və fərqli ideyalar arasında əlaqə qurmaq qabiliyyətinə malik olduqları iddia edilir.
Ayın 4, 13, 22 və 31-də doğulanlar isə strateji düşüncə və planlaşdırma bacarığı ilə əlaqələndirilir. Numeroloqlar hesab edirlər ki, bu insanlar mürəkkəb məsələləri mərhələlərə bölərək həll etməyi, sistemli yanaşma nümayiş etdirməyi bacarırlar. Bu xüsusiyyətlərin mühəndislik, riyaziyyat, biznes və elmi araşdırmalarda faydalı olduğu bildirilir.
Ayın 7, 16 və 25-də doğulanlar isə dərin düşünən insanlar kimi xarakterizə olunur. Onların hadisələrin zahiri tərəfi ilə kifayətlənmədikləri, səbəbləri araşdırmağa və mürəkkəb suallara cavab tapmağa meyilli olduqları irəli sürülür. Psixologiya, fəlsəfə və elm kimi sahələrə maraq da bu xüsusiyyətlərlə əlaqələndirilir.
Bununla belə, qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Doğum tarixləri ilə insanın intellekt səviyyəsi və düşünmə qabiliyyəti arasında əlaqəni təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil. Bu cür yanaşmalar daha çox əyləncə xarakteri daşıyır.
Samir


