Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO

ÖLKƏ
17:05 / 23.11.2020
1500

Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. 

HİT.Az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin "Facebook" səhifəsində paylaşım edilib.  Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”,- deyə paylaşımda qeyd olunub.



0