Qayalığa “SOCAR Şuşada” yazan döyüşçü - FOTO

ÖLKƏ
15:56 / 24.11.2020
1244

İkinci Qarabağ müharibəsi başlayan gündən Rəşadətli Ordumuzun sıralarında azğın düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak edən minlərlə igid əsgərimizdən biri də Nicat Hüseynovdur.

SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Modern.az-a verdiyi məlumata görə, döyüşçü Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində çalışır:

“28 yaşlı Nicat Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Yaralanıb, sağalan kimi yenidən cəbhə yoldaşlarına qatılıb. Qarabağın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR Şuşada” sözlərini həkk etməklə qələbə sevincini bütün həmkarları ilə bölüşüb. Bu gün də silahı yerə qoymayan həmkarımızla qürur duyuruq. Yaşasın Ali Baş Komandan! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

0