Şəhid gizir Orxan Balayev Qubada dəfn olundu - FOTO

ÖLKƏ
13:34 / 30.11.2020
1633

Qubada Vətən müharibəsinin daha bir igid oğlu ilə vida mərasimu keçirilib.

Rayonun qədim Alpan kəndi bu gün 22 yaşlı şəhidi, Azərbaycan Ordusunun giziri Orxan Vidadi oğlu Balayevi qoynuna aldı.

Kənd qəbristanlığında keçirilən dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev Şəhid gizir Orxanın cənazəsinə bükülmüş Azərbaycan Bayrağını atası Vidadi Balayevə təqdim edib. 

İcra başçısı şəhidin atasına Orxan kimi Vətən yolunda qan tökən oğullarımızın hər birimizin and yeri olduğunu deyib:

"Qalib Ordunun şəhididir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuz torpaqlarımızı işğalçılardan təmizlədi. Başınızı dik tutun. Onlar hər birimizin baş tacıdırlar."

Allah rəhmət eləsin!

0
Modern.az