Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu - FOTO

20:31 / 09.12.2020
1157

Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib.

HİT.Az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər. Tədbirdə Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Qeyd edək ki, C.Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

0