Düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə Azadlıq meydanında - FOTO

11:56 / 10.12.2020
2027

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

HİT.Az xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.

0