Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan həkim - FOTOLAR

14:35 / 17.12.2020
1352

Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsi ilə işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbədə torpaq uğrunda canlarından keçən şəhidlərimizin payı danılmazdır. Belə qəhrəmanlarımızdan biri də, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi tibb qulluqçusu Rasim Abdullayevdir. 

Rasim Miryaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

Rasim Abdullayev 2016-cı ildə baş verən Aprel döyüşlərində yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.

R.Abdullayevdən Vətənə yadigar iki övladı qalıb. 

O, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

0