Ceyhun Bayramov Xurşidbanu Natəvanın abidəsini ziyarət etdi - FOTO

ÖLKƏ
16:20 / 19.12.2020
1036

Belçika Krallığında işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub.

HİT.Az xəbər verir ki, məlumatı XİN yayıb.

Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.

0