Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir

ÖLKƏ
15:17 / 24.12.2020
1736

Dövlət Gömrük Komitəsi (DGK) ilə "Progress" sənaye-istehsalat şirkəti arasında 30 milyon manat məbləğində müqavilə imzalanıb.

HİT.Az bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.

Məlumata əsasən, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi müəyyən edilib:

“Tender komissiyasının qərarı ilə "Progress" sənaye-istehsalat şirkəti qalib elan edilib. Şirkətlə 30 milyon manat məbləğində müqavilə imzalanıb”.

0