Yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə olan tələbat kəskin artıb. Bu artım kirayə qiymətlərinə də birbaşa təsir edib.
Hit.az Xəzər TV-yə istinadla xəbər verir ki, hazırda kirayə bazarında dəniz sahilinə yaxın, geniş həyətyanı sahəsi və yüksək komfort şəraiti olan villalara üstünlük verilir.
Dənizkənarı bağ evlərinin aylıq kirayə qiymətləri isə 1 000 manatdan başlayaraq 20 000 manatadək dəyişir.


