Rusiya MN Qarabağla bağlı səhvini düzəltdi - FOTOLAR

ÖLKƏ
10:36 / 06.01.2021
1239

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.

HİT.Az xəbər verir ki, başlıqda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərflə - “NKR” (yəni “dqr”) şəklində verilmişdi.

Bir müddətdən sonra texniki səhv düzəldilib və sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyi kimi qeyd olunub.

1
Nuhçıxan.Az