Bakı-Qazax yolunda zəncirvari qəza - FOTO

10:03 / 09.01.2021
936

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda bir neçə minik və yük avtomobili idarəetməni itirərək hərəkət zolağından çıxıb və bir-birinə dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.

Zəncirvari qəzanın baş verməsinə səbəb yolun hərəkət hissəsinin buz bağlamasıdır.

0