Azərbaycanda daha bir yol yenidən quruldu - FOTO

ÖLKƏ
16:16 / 03.02.2021
890

Qobustan rayonunun Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulub.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yolda yenidənqurma işləri yekunlaşdırılıb.

Yeni yol iki mindən artıq əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

0