İlham Əliyev Daxili Qoşunların hərbi hissəsinin açılışında iştirak etdi - FOTOLAR

ÖLKƏ
12:38 / 12.03.2021
1647

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

HİT.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

0