Ərəblər Azərbaycanda nadir quş növlərini ovlayıb, kabab çəkdilər - FOTOLAR

16:52 / 25.03.2021
1040

Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb. Onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Qeyd olunub ki, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir.

Məlumata görə, ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır.

Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.

1