Naxçıvan duzu ilə bağlı şok İDDİA

ÖLKƏ
13:45 / 26.10.2026
132

Naxçıvan duzu ilə bağlı sosial platformalarda paylaşılan videolar məhsulun keyfiyyəti ətrafında suallar yaradıb.

Görüntülərdə duzun su ilə qarışdırıldıqdan sonra palçığı xatırladan konsistensiya aldığı iddia edilir. Sözügedən paylaşımlar duzun tərkibindəki maddələr və onun istehlak üçün nə dərəcədə təhlükəsiz olması ilə bağlı ictimai müzakirələri gündəmə gətirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, hazırda satışda olan bəzi məhsulların duz kimi təqdim edilməsi yolverilməzdir:

413789

“İstehlakçılar duz alarkən məhsulun tərkibinə diqqət yetirməlidir. Yod çatışmazlığı ilə əlaqəli xəstəliklərin qarşısının alınması baxımından yodlaşdırılmış duzdan istifadə əhəmiyyətlidir".

Ekspertin sözlərinə görə, bölgədə təbii duz ehtiyatları artıq qalmayıb və bu səbəbdən də satışa çıxarılan bəzi məhsulların isə duz deyil, üyüdülmüş qaya materialı ola bilər:

“Ümumiyətlə, hazırda satışda olan bəzi məhsulların duz kimi təqdim edilməsinin yolverilməzdir. Tərkib və təhlükəsizlik məsələləri aydınlaşdırılmadan bu cür məhsulların istifadəsinin qarşısı alınmalıdır”.

Sevinc

0