İranla ABŞ arasında münasibətlərin gələcək istiqaməti beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.
Tərəflər arasında diplomatik təmasların bərpası ehtimalı müzakirə olunsa da, fikir ayrılıqları və hərbi qarşıdurma riski hələ də davam edir. Üstəlik, son günlərdə İrana qarşı əməliyyatların yenidən başlaya biləcəyi barədə iddialar da sürətlə artmaqdadır.
Bəs danışıqların başlaması mümkündürmü, yoxsa hərbi əməliyyatlar yenidən başlayacaq?
Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında bildirib ki, ABŞ-nin uzun illərdir İrana qarşı yürütdüyü siyasətin əsas məqsədi ölkədə sosial vəziyyəti ağırlaşdırmaq, hakimiyyət dəyişikliyinə nail olmaq və öz maraqlarına uyğun idarəçilik formalaşdırmaqdır:
“Müxtəlif dövrlərdə İrana qarşı tətbiq olunan sanksiyaların və hərbi əməliyyatların bu strategiyanın tərkib hissidir. ABŞ başda olmaqla İrana qarşı koalisiya yaradılıb və müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə bu ölkəyə sanksiyalar tətbiq edilib. Bəzi hallarda İranın terrorçuları dəstəklədiyi, insan hüquqlarını pozduğu, İsrailə qarşı düşmənçilik apardığı iddia olunub. Əsas məqsəd isə bu bəhanələrdən istifadə edərək İranda sosial vəziyyəti pisləşdirmək, hakimiyyəti dəyişmək və ABŞ-ın maraqlarına uyğun yeni hakimiyyət formalaşdırmaq olub.
ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət müxtəlif formalarda davam etdirilib. Sosial vəziyyətin ağırlaşdırılması yolu ilə İranda inqilabi proses yaratmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra bu dəfə ölkənin nüvə proqramı bəhanə edilərək hərbi əməliyyatlara başlanıldı. Lakin ABŞ və İsrailin bu addımı da siyasi baxımdan gözlənilən nəticəni vermədi. Hörmüz boğazının bağlanması, neft qiymətlərinin yüksəlməsi və bunun dünya iqtisadiyyatına təsiri yeni problemlər yaratdı”.

Ekspertin sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlar ABŞ-nin həm daxili siyasətinə, həm də beynəlxalq nüfuzuna mənfi təsir göstərib:
“Qarşıdan gələn aralıq seçkiləri də Donald Trampın siyasi gələcəyi baxımından əhəmiyyətli olacaq. ABŞ-də keçirilən rəy sorğuları Trampın müharibə siyasətinə ictimai dəstəyin zəif olduğunu göstərir və onun reytinqi aşağı düşür. Demokratlar Tramp administrasiyasının xarici siyasətdə üzləşdiyi uğursuzluqlardan istifadə edərək respublikaçılara qarşı mövqelərini gücləndirirlər. Neft qiymətlərinin artması və müharibənin iqtisadi nəticələri ABŞ-nin müttəfiqləri arasında da narazılıq yaradıb.
NATO üzvü olan dövlətlərin İran əməliyyatında Trampa dəstək verməməsi Vaşinqtonun müttəfiqlərlə münasibətlərində problemləri üzə çıxarıb. Bu proses ABŞ-nin beynəlxalq nüfuzuna zərbə vurmaqla yanaşı, respublikaçıların daxili siyasi mövqelərini də zəiflədir. Əgər demokratlar Konqres seçkilərində ciddi üstünlük əldə etsələr, Trampın impiçmenti məsələsi yenidən gündəmə gələ bilər. Məhz buna görə Tramp İranla hər hansı sənəd imzalamağa və əldə edilən nəticəni Amerika ictimaiyyətinə siyasi qələbə kimi təqdim etməyə çalışır”.
Ekspert hesab edir ki, İran ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməsə də, beynəlxalq hüquq çərçivəsində atəşkəs və razılaşma tərəfdarı olduğunu nümayiş etdirir:
“Tehranın mövqeyinin arxasında təkcə özünümüdafiə məsələsi deyil, həm də regionda və dünyada güc balansını dəyişməyə yönəlmiş daha geniş geosiyasi amillər dayanır. İran ərazisində aparılan hərbi əməliyyatları təcavüz hesab edir və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bildirir. Hörmüz boğazının bağlanması da İranın müdafiə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-nin İrana dair planlarının əsas istiqamətlərindən biri Çinin enerji təminatına təsir göstərməkdir.
İran neftinin təxminən 70-80 faizinin Çinə satılması Vaşinqtonun bu ölkəyə qarşı iqtisadi təzyiq strategiyasında İran faktorunu ön plana çıxarır. ABŞ-nin Venesuela ilə bağlı siyasətində də neft amili mühüm rol oynayıb və İran məsələsi də bu kontekstdə nəzərdən keçirilə bilər. Digər məqsəd Rusiyanın cənub istiqamətində mövqelərini zəiflətmək, onun Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə İran üzərindən Hind okeanına çıxış imkanlarına təsir göstərməkdir”.
Həmsöhbətimiz söyləyib ki, İranın strateji mövqeyi ABŞ üçün Türk dövlətlərinin gələcək inteqrasiyası baxımından da əhəmiyyət daşıyır:
“Türk Dövlətləri Təşkilatının regional gücdən qlobal gücə çevrilməsi və mümkün Turan ittifaqının formalaşması perspektivi fonunda İranın gələcək siyasi istiqaməti türk dünyasına münasibətdə də təsir vasitəsinə çevrilə bilər. İran ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməsə də, beynəlxalq hüquq çərçivəsində atəşkəs və razılaşma tərəfdarı olduğunu nümayiş etdirir. Tehranın mövqeyinin arxasında təkcə özünümüdafiə məsələsi deyil, həm də regionda və dünyada güc balansını dəyişməyə yönəlmiş daha geniş geosiyasi amillər dayanır.
İran ərazisində aparılan hərbi əməliyyatları təcavüz hesab edir və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bildirir. Hörmüz boğazının bağlanması da İranın müdafiə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-nin İrana dair planlarının əsas istiqamətlərindən biri Çinin enerji təminatına təsir göstərməkdir. İran neftinin təxminən 70-80 faizinin Çinə satılması Vaşinqtonun bu ölkəyə qarşı iqtisadi təzyiq strategiyasında İran faktorunu ön plana çıxarır. ABŞ-nin Venesuela ilə bağlı siyasətində də neft amili mühüm rol oynayıb və İran məsələsi də bu kontekstdə nəzərdən keçirilə bilər”.
Onun sözlərinə görə, digər məqsəd Rusiyanın cənub istiqamətində mövqelərini zəiflətmək, onun Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə İran üzərindən Hind okeanına çıxış imkanlarına təsir göstərməkdir:
“Bundan başqa, İranın strateji mövqeyi ABŞ üçün Türk dövlətlərinin gələcək inteqrasiyası baxımından da əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının regional gücdən qlobal gücə çevrilməsi və mümkün Turan ittifaqının formalaşması perspektivi fonunda İranın gələcək siyasi istiqaməti türk dünyasına münasibətdə də təsir vasitəsinə çevrilə bilər.
Hörmüz boğazına nəzarət məsələsi də ABŞ-ın strategiyasında mühüm yer tutur. O, qarşıdakı dövrdə danışıqların intensivləşəcəyini, amma əldə olunacaq razılaşmanın İranla bağlı uzunmüddətli siyasəti dəyişməyə də biləcəyini düşünür. Dünya neft tədarükünün 20 faizindən çoxu Hörmüz boğazından keçdiyi üçün bu marşruta nəzarət qlobal iqtisadi təsir imkanları yaradır. ABŞ bu boğaz üzərində nəzarəti ələ keçirsə, öz maraqlarına uyğun davranmayan dövlətlərə enerji daşımaları vasitəsilə təzyiq göstərmək imkanını genişləndirə bilər”.
A.Məsiyev əlavə edib ki, Vaşinqton seçkilərə qədər İranla danışıqları intensivləşdirərək müəyyən sənədin imzalanmasına nail olmağa və bunu siyasi qələbə kimi təqdim etməyə çalışacaq:
“Razılaşma əldə olunsa belə, ABŞ sonradan İrana qarşı siyasətini dəyişə və yeni hərbi əməliyyat üçün başqa əsaslar irəli sürə bilər. İraqın işğalı zamanı irəli sürülən iddialar və Venesuelada narkotiklərlə mübarizə adı altında həyata keçirilən müdaxilə bu baxımdan nümunə kimi göstərilə bilər. Buna görə də İranla bağlı hərbi əməliyyatların gələcək taleyi həm ABŞ-dəki seçkilərin nəticələrindən, həm də tərəflər arasındakı danışıqların gedişindən asılı olacaq”.
Sevinc


