Göyçayda itlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi - FOTO

ÖLKƏ
14:36 / 27.03.2021
1002

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlərin hücum etməsindən 5 gün sonra o dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

3