Şuşanı işğal etmiş erməni general öldü

ÖLKƏ
15:58 / 31.03.2021
1614

Ermənistan ordusunun ehtiyatda olan general-mayoru Arkadi Ter-Tadevosyan ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 82 yaşlı general Yerevan xəstəxanalarından birində koronavirusdan ölüb.

 "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan"Erebuni" Tibb Mərkəzində müalicə olunurdu.

Arkadi Ted-Tadevosyan 1939-cu ildə Tbilisidə anadan olub.

Separatçılar tərəfindən "Dağlıq Qarabağ Qəhrəmanı" adı verilmiş general-mayor 1992-ci ilə Şuşanı işğalı zamanı erməni silahlı qüvvələrinə komandirlik etmişdi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşməndən azad edib.

0