Bakıda “Land Cruiser”in sürücüsü 5 maşını vuraraq hadisə yerindən qaçıb - FOTO

ÖLKƏ
23:55 / 30.06.2021
1556

Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hit.az xəbər verir ki, Nəsrəddin Tusi küçəsində baş verən hadisədə “Toyota Land Cruiser”, KİA və “Chevrolet” markalı maşınlar toqquşub.

“Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur (oxu.az).

3