Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırdı - FOTOLAR

15:10 / 11.07.2021
921

Salyan sakini Sumqayıtda intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə şəhərin Koroğu prospektində avtomobil təmiri sexlərinin qarşısında baş verib. Belə ki, Salyan rayon sakini 1972-ci il təvəllüdlü Əhmədov Mahir Əlif oğlu ərazidə olan elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb və dirəkdən aşağı düşürdülüb.

Qeyd edək ki, M.Əhmədov Sumqayıtda göyərti satışı ilə məşğuldur və şəxsi problemləri üzündən belə bir addım atıb.

Xatırladaq ki, həmin elektrik dirəyinə ötən gün də bir nəfər çıxaraq intihar etmək istəyirmiş.

0