ÖLKƏ
19:50 / 21.07.2021
310

Bakıda toy korteji qəzaya uğradı, xəsarət alanlar var - FOTOLAR

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

HİT.az  APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

0