İcra başçısı şöbə müdirini işdən çıxardı - FOTO

ÖLKƏ
12:56 / 30.07.2021
6268

Xaçmaz rayon İcra Hakimiyyətunin başçısı Elnur Rzayev ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirini vəzifəsindən azad edib.

Qaynarinfo-nun məlumatına görə, E.Rzayevin müvafiq əmri ilə Emil Tağıyev sözügedən şöbənin müdiri vəzifəsindən azad olunub. 

Qeyd edək ki, E.Tağıyev bundan əvvəl Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

0