Azərbaycanda tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

ÖLKƏ
08:49 / 06.09.2021
2793

Şəkidə həkim koronavirusun qurbanı olub.

HİT.Az “Report”a istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.

 

0