Vidadi Muradovun hüquqi varisi təyin edildi

16:54 / 26.11.2021
500

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hit.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda onun həyat yoldaşı Rəhilə Muradova hüquqi varis kimi tanınıb. Növbəti proses noyabrın 30-na təyin edilib. Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

0