Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin adları açıqlandı - YENİLƏNİB

ÖLKƏ
16:28 / 28.11.2021
2547

Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

HİT.az xəbər verir ki, bununla bağlı DİN-dən açıqlama verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.

Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

13:57

Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. 

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

5